“Açığı, mən Putinin sülhə kökləndiyini görmürəm. Mən bunu açıq şəkildə eşitmirəm, o, sülhdən danışmır. O, daha da irəli gedə biləcəyini bildirir. Bunlar sülh siqnalları deyil”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Fox News"a müsahibəsi zamanı jurnalistin “Putinin sülhə kökləndiyini göstərən hər hansı əlamət varmı?” sualına cavabında bildirib.
Zelenski həmçinin vurğulayıb ki, Ukrayna Rusiyanın vurduğu ziyanın ödənilməsində maraqlıdır və bunun reparasiya (təcavüzkar dövlətin təcavüzə məruz qalmış dövlətə (dövlətlərə) dəymiş zərəri pul və ya maddi formada ödəməsini nəzərdə tutan maddi-hüquqi məsuliyyət - red.) formasında həyata keçirilməsini istəyir.
“Dövlətimizin bərpası üçün vəsait əldə etmək bizim üçün prinsipial əhəmiyyət daşıyır”, — deyə Ukrayna prezidenti əlavə edib.
Bizim.Media






























































































