Gələn həftə yenidən görüşəcəklər

Hazırda oxunan: Gələn həftə yenidən görüşəcəklər

587898

“ABŞ Prezidenti Donald Trampın Ukrayna nümayəndə heyəti və Avropa liderləri ilə görüşü yanvar ayına planlaşdırılıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib. 
 

“Biz razılaşdıq ki, komandalarımız yaxın həftələrdə görüşərək müzakirə olunan bütün məsələləri yekunlaşdırsınlar. Trampla razılığa gəldik. O bizi yanvar ayında Avropa liderləri və Ukrayna nümayəndə heyəti ilə birlikdə Vaşinqtonda qəbul edəcək”, - Zelenski bildirib.


Zelenski daha sonra “Telegram” kanalında Ukrayna və ABŞ nümayəndələri arasında görüşün gələn həftə baş tutacağını yazıb:

“Komandalarımız müzakirə olunan bütün məsələləri yekunlaşdırmaq üçün gələn həftə görüşəcəklər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin