Rus bombardımançıları NATO SƏMASINDA – Avropa böyük savaşın BİR ADDIMLIĞINDA

Hazırda oxunan: Rus bombardımançıları NATO SƏMASINDA – Avropa böyük savaşın BİR ADDIMLIĞINDA

587874

Ukraynada hərbi əməliyyatları davam etdirən Rusiya eyni zamanda, Avropa ölkələrini də təhdid altında saxlamaqda davam edir. 

Xəbər verdiyimiz kimi, Rusiya “Tu-95MS” strateji nüvə bombardmançılarını Milad günü Norveç dənizi üzərindən uzunmənzilli uçuşa göndərib. 

Moskvanın bu hərəkəti Böyük Britaniyanın şimalına açıq təhdid kimi qiymətləndirilib. Alyans təhlükəsizlik tədbiri olaraq öz qırıcılarını havaya qaldırıb.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Hərbi-Kosmik Qüvvələrinə məxsus “Tu-95MS” uzunmənzilli bombardmançıları Barens dənizi və Norveç dənizinin neytral suları üzərində planlı uçuş həyata keçirib. 

Onu da qeyd edək ki, bu, Moskvanın NATO ölkələri sərhədləri yaxınlığında ilk belə addımı deyil. Bundan bir neçə gün əvvəl Polşa Hərbi Hava Qüvvələri ölkənin hava məkanına yaxınlaşan Rusiya kəşfiyyat təyyarəsini müşayiət edərək qarşısını alıb.

Görünən odur ki, Rusiya artıq NATO-nun əsas qüvvələrindən biri olan Böyük Britaniyanı da təhdid etməyə başlayıb. Onu da qeyd edək ki, bu günə qədər Rusiyanın bənzər təxribatlarına NATO ölkələri demək olar ki, anoloji tonda reaksiya verməyib. 

NATO əvvəlki tək buna da səssiz qalacaq? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirir ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus strateji bombardmançı təyyarələrin Böyük Britaniya istiqamətində hərəkəti həm London, həm də NATO blokunun digər dövlətləri üçün ciddi siqnaldır: 

“Ola bilsin, Rusiyanın etdiyi bu addım hərbi manevrdir. Bəzən bunu dövlətlərin, blokların,
konkret məsələdə NATO-nun bir blok olaraq münasibətini, reaksiyasını öyrənmək məqsədilə həyata keçirirlər”. 

Ekspert düşünür ki, Rusiya strateji bombardmançılarının bu istiqamətdə hərəkəti əslində real əməliyyatlar üçün nəzərdə tutulmayıb:

“Rusiya bu hərəkətinə qarşılıq veriləcəyini qabaqcadan bilsə, heç zaman strateji bombardmançı təyyarəsini həmin istiqamətə yönləndirməz. Çünki əks təqdirdə, bu artıq müharibənin başlanması demək olacaq. Rusiya üçün ikinci cəbhənin açılması isə arzuolunmazdır. Ona görə də həmin olay daha çox hava səmasının pozulduğu ölkələrin məsələyə münasibətini öyrənmək məqsədi daşıyır”.  

Həmsöhbətimiz deyib ki, Rusiyanın əsas məqsədi əvvəlki monopoliyasını bərpa etməkdir:

“Bunun üçün isə İkinci Dünya Müharibəsinə bənzər qlobal müharibə baş verməli və Rusiya Avropanın 90 faizi üzərində öz hakimiyətini qurmalıdır. İndiki məqamda isə bu Rusiyanın gücü daxilində deyil”.  

İ. Rüstəmlinin fikrincə, Rusiyanın bu hərəkətləri prosesi müharibəyə doğru aparacaq əlamətlərdir. 

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin