Amerikalı influenser Melissa Mey Karlton və həyat yoldaşı Tom həyatlarının ən ağır faciələrindən birini yaşayırlar. Ailə bir il fərqlə iki övladını itirib.
Bizim.Media xəbər verir ki, qadın bu barədə özünün Instagram hesabında məlumat verib. O, uzun müddətdir ki, yaşadığı itkilərdən açıq şəkildə danışır və oxşar faciə ilə üzləşən digər valideynlərə dəstək olmağa çalışır. Us Weekly nəşrinin yazdığına görə, ötən ilin aprel ayında ailənin 9 yaşlı qızı Abiqeyl sepsislə bağlı ağırlaşmalar nəticəsində vəfat edib. İndi isə Karltonlar daha bir övladlarını – Mollini itiriblər.
“Milad səhəri bizim şirin qızımız Molli böyük bacısı Abi ilə yenidən qovuşdu. Məni az da olsa sakitləşdirən yeganə düşüncə budur. Molli bacısı üçün çox darıxırdı. Tez-tez məndən soruşurdu: “Ana, İsa nə vaxt qayıdacaq ki, Abi aşağı düşə bilsin?”. Biz ümidsizik. Buna inana bilmirik. Çaşqın və şokdayıq”, – deyə Melissa Mey Karlton paylaşımında yazıb.
İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinə mənsub olan bloger daha sonra bildirib ki, həkimlər Mollidə genetik ürək qüsurundan şübhələnirlər. Eyni problemin Abiqeyldə də ola biləcəyi ehtimal edilir.
“Biz həmin səhər bir çox kiçik möcüzələrin şahidi olduq. Təcili tibbi yardım əməkdaşları cəmi üç dəqiqəlik məsafədə idi və çox tez gəldilər. Uşaq travmatoloji mərkəzi də cəmi on beş dəqiqə uzaqlıqda idi. Biz hər şeyin ən yaxşı şərait və nəticə üçün təşkil olunduğu yerdə idik. Onun balaca bədəni son ana qədər mübarizə apardı. Amma bizə dedilər ki, bu tip ürək tutması əksər hallarda ölümlə nəticələnir”, – deyə Karlton əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:03 / 28.12.2025
Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi
Hazırda oxunan: Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi
Hazırda oxunan: Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi
587869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































