Daha bir azərbaycanlı Ukrayna müharibəsində həlak oldu

Hazırda oxunan: Daha bir azərbaycanlı Ukrayna müharibəsində həlak oldu

587846

Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən daha bir azərbaycanlı həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı hərbi bloqer Tofiq Şahmuradov yayıb.

Belə ki, Şəmkir rayon sakini, bir müddət idi itkin düşmüş hesab olunan Qarayev Elvin Fəxrəddin oğlunun həlak olduğu məlum olub.

Bildirilir ki, uzun sürən axtarışlardan sonra E.Qarayevin nəşi tapılıb. Mərhumun nəşinin sabah Bakıya gətiriləcəyi, oradan isə dəfn olunmaq üçün doğulduğu Şəmkir rayonuna aparılacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin