Astanada yanğın - Binanın damı uçdu - FOTO

Hazırda oxunan: Astanada yanğın - Binanın damı uçdu - FOTO

587781

Astana şəhərində üçmərtəbəli binada yanğın baş verib.

Bizim.Media Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğınsöndürənlər gələnə qədər yanğın ikinci və üçüncü mərtəbələri əhatə edib, dam isə qismən uçub.

Hadisə yerində yanğınsöndürmə qərargahı yaradılıb, 100 nəfərlik heyət və 24 texnika cəlb olunub.
 

Yanğınsöndürənlərin çevik və peşəkar hərəkətləri yanğının yayılmasının qarşısını almağa və hadisənin nəticələrini minimuma endirməyə imkan verib.


112-yə zərərçəkmişlər haqqında heç bir məlumat daxil olmayıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin