27 dekabr axşamı Bakıdan Moskvaya yola düşən “Aeroflot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi paytaxt hava limanlarından birinə eniş edə bilməyib və məcburi qaydada Sankt-Peterburq hava limanına yönləndirilib.
Bizim.Media xəbər verir ki, reys Bakıdan saat 19:55-də havaya qalxıb, lakin Moskvada yaranmış mürəkkəb şərait səbəbindən uçuş planı dəyişdirilib.
Azərbaycan mediasının məlumatına görə, hazırda həmin reysin sərnişinləri Sankt-Peterburq hava limanında saxlanılır və Moskvaya növbəti reysə köçürülməni gözləyirlər. Bildirilir ki, vəziyyət təkcə bu reyslə məhdudlaşmır.
Qeyd olunur ki, gün ərzində Moskvanın əsas hava limanlarında - Şeremetyevo, Domodedovo və Vnukovoda onlarla reys gecikdirilib və ya ləğv edilib. Mövcud durumun kütləvi xarakter daşıdığı vurğulanır.
Bizim.Media































































































