“Əgər Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə, Rusiya Xüsusi Hərbi
Əməliyyatın qarşıya qoyulan bütün vəzifələrini silahlı yolla yerinə yetirəcək”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Qoşun Qruplaşmasının idarəetmə məntəqəsində Xüsusi Hərbi Əməliyyatla bağlı müşavirədə bildirib.
Müşavirə zamanı ona Qulyaypole və Mirnoqradın (Dimitrov), həmçinin Artyomovka və
Rodinskoyeyə nəzarətin ələ keçirilməsi barədə məruzə edilib.
Putin bildirib ki, Qərbdə Ukraynaya təhlükəsizlik sahəsində yaxşı şərtlər, ölkənin bərpası və Rusiya ilə münasibətlərin normallaşdırılması təklif olunur, lakin Kiyev sülh yolu ilə nizamlanmaya getmək istəmir: “Rusiya ordusunun hücum tempini nəzərə alaraq, RF-in Ukrayna silahlı birləşmələrinin hazırda tutduqları ərazilərdən çıxarılmasına marağı faktiki olaraq sıfıra enib. Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinə qarşı təzyiqi artırırlar”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:13 / 27.12.2025
Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO
Hazırda oxunan: Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO
Hazırda oxunan: Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO
587722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































