"Microsoft" korporasiyası bəyan edib ki, "Windows 11" əməliyyat sisteminə inteqrasiya olunmuş fayl meneceri - "File Explorer" artıq daha az yaddaş (RAM) sərf etməyi bacarır.
Bizim.Media bu barədə "Windows Latest" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, yeni funksiya "Windows 11 Build 26220.7523" versiyasında sınaqdan keçirilir.
Funksiya aktivləşdirildikdə, "File Explorer" faylların indeksləşdirilməsi zamanı təkrarlanan əməliyyatları avtomatik olaraq aradan qaldırır.
"Microsoft"un izahına görə, fayl menecerinin interfeysi vasitəsilə sənədlərin axtarışı zamanı əməliyyat sistemi daha az operativ yaddaş istehlak edəcək.
Bizim.Media































































































