İsrailin baş naziri Benyamin Natanyahu ölkəsinin Somaliland Respublikasını müstəqil və suveren dövlət kimi rəsmi şəkildə tanıdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı birgə bəyannaməni İsrail hökumətinin başçısı Benyamin Netanyahu, xarici işlər naziri Gideon Saar və Somalilandın prezidenti Abdirəhman Məhəmməd Abdullahi imzalayıblar.
Sənəddə qeyd olunur ki, qəbul edilən qərar Trampın təşəbbüsü ilə irəli sürülən sazişlərin ruhuna uyğundur.
Beləliklə, İsrail Somalilandın suverenliyini rəsmi olaraq tanıyan BMT-yə üzv ilk dövlət olub.
Qeyd edək ki, daha əvvəl 1991-ci ildə müstəqilliyini elan etmiş bu region beynəlxalq ictimaiyyət tərəfindən Somalinin ayrılmaz hissəsi kimi qəbul edilirdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:19 / 26.12.2025
İsrail bu ölkəni tanıyan ilk BMT-yə üzv dövlət oldu
Hazırda oxunan: İsrail bu ölkəni tanıyan ilk BMT-yə üzv dövlət oldu
Hazırda oxunan: İsrail bu ölkəni tanıyan ilk BMT-yə üzv dövlət oldu
587585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































