Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi mücrünün fotosunu paylaşıb.
Bizim.Media xəbər verir ki, Zaxarova bu barədə teleqram kanalında paylaşım edib.
Fotoda üzərində “Moskva” və “Kreml” sözləri yazılmış hədiyyə qutusu, həmçinin Kreml və Müqəddəs Georginin təsviri olan mücrü əks olunub. Hədiyyənin yanında “Vladimir Vladimiroviç Putin” imzalı bir kart və üzərində “M.V. Zaxarovaya” yazılmış zərf var.
Qeyd edək ki, dekabrın 24-də Mariya Zaxarovanın 50 yaşı tamam olub.

Bizim.Media


































































































