Türkiyədə İŞİD-in xəzinədarları ələ keçdi - FOTO

Hazırda oxunan: Türkiyədə İŞİD-in xəzinədarları ələ keçdi - FOTO

587493
Türkiyənin Mersin şəhərində səhər saatlarında keçirilən əməliyyat zamanı İŞİD xəzinədarları olduğu iddia edilən şəxslər saxlanılıblar.
 
Məlumata görə, Mersin Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarının İŞİD üzvlərinin fəaliyyətlərini araşdırmaq və maliyyə mənbələrini müəyyən etmək üçün apardıqları araşdırmalar nəticəsində terror təşkilatı ilə əlaqəsi olan və münaqişə zonasında olan üzvlərinə pul köçürən O.A.S.A və M.A.S.A. adlı iki şübhəli şəxs müəyyən edilib. Bundan sonra xüsusi təyinatlıların və pilotsuz təyyarələrin dəstəyi ilə ünvanlara basqınlar edilib.
 
Saxlanılan şəxslər istintaqa cəlb olunmaq üçün polis bölməsinə aparılıblar.

Mənbə: Haber Global

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin