Podolyak: “Ukrayna ordusunu Avropa maliyyələşdirməlidir”

Hazırda oxunan: Podolyak: “Ukrayna ordusunu Avropa maliyyələşdirməlidir”

587492

“Ukrayna ordusunun 800 min nəfərlik heyətinin maliyyələşdirilməsində bütün Avropanın iştirak etməsi lazımdır”. 

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Novini.LIVE-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, məsələ təkcə 800 min rəqəmi ilə məhdudlaşmır, əsas sual bu qədər böyük ordunun kim tərəfindən maliyyələşdiriləcəyidir.

Podolyak qeyd edib ki, genişmiqyaslı müharibə başlamazdan əvvəl Ukrayna ordusunun şəxsi heyəti 250–300 min nəfər təşkil edirdi.
 

Müşavir əlavə edib ki, pilotsuz uçuş aparatlarının və raketlərin, xüsusən də kiçik və orta mənzilli raketlərin kütləvi istehsalı inkişaf etdirilməlidir. Onun fikrincə, Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı şərq sərhədində “saxlayıcı ordu” rolunu oynayır və bu səbəbdən də Avropanın bütövlükdə bu prosesdə maraqlı olması, investisiyaların isə ortaq şəkildə həyata keçirilməsi vacibdir.


Podolyak vurğulayıb ki, 800 min nəfərlik ordu peşəkar əsasda formalaşdırılmalıdır: hərbçilər müqavilə imzalayaraq “yaxşı maaş” qarşılığında xidmətə cəlb olunacaqlar.

Bundan başqa, o bildirib ki, Ukrayna ordusu şərti olaraq “ümumavropa silahlı qüvvələri” sisteminə tam inteqrasiya edilməlidir. 

“Məhz bu qüvvələr Rusiyanın qarşısının alınması proqramı çərçivəsində şərq sərhədini qoruyacaq. Maliyyələşdirmənin kim tərəfindən həyata keçiriləcəyi aydınlaşdıqdan sonra, rekrutinq, müqavilələr və digər mexanizmlər də dəqiq müəyyən ediləcək”, – deyə Podolyak qeyd edib.

Xatırladaq ki, ABŞ-ın “sülh planı” üzrə aparılan danışıqlar çərçivəsində hazırlanmış sülh sazişi layihəsində Ukrayna Silahlı Qüvvələrinin say tərkibi ilə bağlı maddə razılaşdırılıb. Ukrayna Prezidenti Volodimir Zelenski bu rəqəmin 800 min hərbçi olduğunu açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin