Başörtülü qadın Paris metrosunda TƏHQİR EDİLDİ

Hazırda oxunan: Başörtülü qadın Paris metrosunda TƏHQİR EDİLDİ

587307

Fransada müsəlmanlara, xüsusilə başörtüsü taxan qadınlara qarşı hücumlar davam edir. Avropada İslamofobiya ilə Mübarizə Kollektivi (CCIE) tərəfindən yayımlanan videoda Paris metrosunda bir qadının başörtüsü taxdığı üçün bir kişi tərəfindən şifahi və fiziki təcavüzə məruz qaldığı görünür.

Bizim.Media  xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan görüntülərdə həmin şəxsin İslama və peyğəmbərə qarşı təhqiramiz ifadələr işlədiyi, eyni zamanda kollektiv tərəfindən “Julie” adı ilə təqdim olunan qadına hücum etdiyi görünür. CCIE-nin məlumatına görə, kişi qadına tüpürüb və onu təhdid edib. Hadisəyə yalnız sərnişinlərin və metro əməkdaşlarının müdaxiləsindən sonra son qoyulub.

Kollektivin açıqlamasına əsasən, zərərçəkən qadın polisə şikayət etmək istəyib. Lakin hadisə yerinə gələn polis əməkdaşlarının əvvəlcə baş verənləri islamofob hücum kimi qiymətləndirməkdən imtina etdiyi və bunu “uyğunsuz fikir ifadəsi” adlandırdıqları iddia olunur. Yalnız isrardan sonra şikayət qəbul edilib və iş araşdırma mərhələsindədir. Rəsmi qurumlar hələlik bu məlumatları təsdiqləməyib.

Hadisə ilə bağlı Essonne bölgəsindən olan “Əyilməz Fransa” (LFI) partiyasından deputat Antuan Leomən X sosial şəbəkədə qadına dəstəyini ifadə edib. O bildirib: “İslamofobiya ölkəmiz üçün zəhərdir və ona qarşı qətiyyətlə mübarizə aparılmalıdır”.

Bu hadisə Fransada islamofob zorakılıqların məhkəmə səviyyəsində tanınması mövzusunda müzakirələri yenidən gündəmə gətirib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilin ilk beş ayında Fransada 145 antimusəlman aktı qeydə alınıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75 faiz artım deməkdir.

CCIE isə 2024-cü ildə 1 037 islamofob hadisənin (diskriminasiya, zorakılıq, nifrət nitqi) qeydə alındığını bildirir ki, bu da 2023-cü illə müqayisədə 25 faiz çoxdur.

Hüquqların Müdafiəçisi assosiasiyasının 2024-cü il hesabatına əsasən, müsəlman və ya müsəlman kimi qəbul edilən şəxslərin təxminən üçdə biri diskriminasiyaya məruz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin