AZAL təyyarəsinin qəzası nəticəsində həlak olanların xatirəsinə Qroznıda memorial plitə ucaldıldı - FOTO

Hazırda oxunan: AZAL təyyarəsinin qəzası nəticəsində həlak olanların xatirəsinə Qroznıda memorial plitə ucaldıldı - FOTO

587272

Çeçenistanın paytaxtı Qroznı şəhərində ötən il Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə həsr olunmuş memorial plitənin açılışı olub.

Bizim.Media xəbər verir ki, abidə Qroznıda, Heydər Əliyevin adını daşıyan parkda yerləşir.

Açılış mərasimində həlak olanların xatirəsi anılıb və Bakı–Qroznı reysinin ekipajının qəhrəmanlığı qeyd edilib; onların sayəsində 29 nəfərin həyatı xilas olunub.
 

Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, AZAL prezidenti Samir Rzayev, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin rəhbəri Qalas Taymasxanov, Çeçenistan Respublikası hökuməti və parlamentinin nümayəndələri, eləcə də yerli Azərbaycan icması iştirak edib.


Qeyd edək ki, ötən il dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin