Ən ağıllı insanlar bu ölkələrdə yaşayır – SİYAHI

Hazırda oxunan: Ən ağıllı insanlar bu ölkələrdə yaşayır – SİYAHI

587126

İnternetdə bir sıra amilləri — o cümlədən Nobel mükafatına namizədlərin sayı, əhalinin orta IQ göstəricisi və ölkədə elmi dərəcələrin səviyyəsini nəzərə alan yeni araşdırma yayılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “World of Card Games” tərəfindən  hazırlanan tədqiqatın nəticələrini “Daily Mail” nəşri dərc edib.

Araşdırmanın ilk onluğunda əsasən Avropa ölkələri yer alıb.

Reytinqdə dünyanın ən ağıllı ölkəsi İsveçrə seçilib. Ölkə 100 üzərindən 92,02 bal toplayıb. Bildirilir ki, İsveçrədə Nobel mükafatına 1 099 namizəd olub, əhalinin orta IQ göstəricisi isə 99,24 təşkil edir. Bundan əlavə, yetkin əhalinin 40,02 faizi ən azı bakalavr dərəcəsinə malikdir ki, bu da araşdırmada yer alan ölkələr arasında ən yüksək göstəricidir. Əhalinin 18,05 faizi isə magistr və ya daha yüksək elmi dərəcəyə sahibdir.

İkinci yerdə Böyük Britaniya qərarlaşıb. Ölkə 89,4 bal toplayıb. Burada Nobel mükafatına 2 393 namizəd olsa da, əhalinin yalnız 39,59 faizi bakalavr, 14,37 faizi isə ən azı magistr dərəcəsinə malikdir. Britaniyalıların orta IQ göstəricisi 99,12-dir.

Üçüncü pillədə ABŞ yer alıb. Ölkə 89,18 bal toplayaraq ali təhsilin yüksək səviyyəsi ilə seçilib. ABŞ-da yetkin əhalinin 38,57 faizi bakalavr, 14,79 faizi isə magistr dərəcəsinə malikdir. Eyni zamanda, ölkə Nobel mükafatına namizədlərin sayına görə siyahıya liderlik edir — ümumilikdə 5 717 nəfər. Bundan başqa, Nobel mükafatına namizəd göstərilmiş ən çox universitet də ABŞ-da yerləşir — 256 ali təhsil müəssisəsi. Amerikalıların orta IQ göstəricisi 97,43-dür.

Dördüncü yerdə Niderland qərarlaşıb. Ölkə 87,3 bal toplayıb. Əhalinin orta IQ göstəricisi 100,74, sakinlərin 36,63 faizi isə bakalavr səviyyəsinədək ali təhsilə malikdir.

Beşinci yeri Belçika tutub. Ölkənin reytinq göstəricisi 86,58, orta IQ səviyyəsi isə 97,49 olub.

Araşdırmaya görə dünyanın ən ağıllı 10 ölkəsi bunlardır:

- İsveçrə

- Böyük Britaniya

- ABŞ

- Niderland

- Belçika

- İsveç

- Almaniya

- Polşa

- Danimarka

- Finlandiya

Araşdırmada ən yüksək orta IQ göstəricisinin Finlandiyada qeydə alındığı bildirilib — 101,2.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin