Moskvaya hücum edən PUA-lar vuruldu

Hazırda oxunan: Moskvaya hücum edən PUA-lar vuruldu

587125

Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan iki pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə "Max" platformasındakı kanalında məlumat verib.

“Moskvaya hücum edən daha bir PUA məhv edilib. Qalıqların düşdüyü ərazidə fövqəladə xidmətlərin mütəxəssisləri işləyir”, – deyə Sobyanin yazıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə (HHM) qüvvələri gecə ərzində 172 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Nazirlikdən bildirilib ki, PUA-lar Rusiyanın müxtəlif regionları üzərində aşkar edilərək zərərsizləşdirilib. Hadisə nəticəsində dağıntı və itkilər barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, son dövrlər pilotsuz uçuş aparatları ilə hücumların intensivləşdiyi müşahidə olunur. Rusiya tərəfi HHM sistemlərinin gücləndirilmiş rejimdə fəaliyyət göstərdiyini vurğulayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin