Liviyada 3 günlük matəm elan olundu

Hazırda oxunan: Liviyada 3 günlük matəm elan olundu

587120

Liviya Milli Birlik Hökuməti Türkiyədə baş verən təyyarə qəzasında Baş qərargah rəisi Mohammed Ali Ahmed el Haddadın başçılıq etdiyi heyətin həlak olması ilə əlaqədar üç günlük matəm elan edib.

Bizim.Media  xəbər verir ki, matəmlə əlaqədar ölkə ərazisində bayraqlar yarıya qədər endiriləcək.

Liviya hökümətinin başçısı Abdul Hamid Dbeyba, qəzanın səbəblərinin araşdırılması məqsədi ilə Müdafiə Nazirliyinin bir qrup əməkdaşının Türkiyəyə ezam olunması tapşırığını verib.

Bildirilir ki, sözü gedən heyət Türkiyənin rəsmi qurumları ilə sıx koordinasiyada fəaliyyət göstərəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin