Maduro Trampa səsləndi: “Hər prezident öz ölkəsinin məsələlərini həll etməlidir”

Hazırda oxunan: Maduro Trampa səsləndi: “Hər prezident öz ölkəsinin məsələlərini həll etməlidir”

587045

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Tramp tərəfindən Karakasın ünvanına səsləndirilən təhdidləri şərh edib. O, Ağ Evin sahibini öz ölkəsinin daxili problemlərinə fokuslanmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Karakasda keçirilən tədbirdə çıxış edən Maduro, ABŞ tərəfindən Venesuelaya məxsus neft tankerlərinin müsadirə olunmasına da toxunub.

Onun sözlərinə görə, ABŞ prezidenti ilk növbədə öz ölkəsindəki iqtisadi və sosial problemlərə diqqət yetirməlidir.

“Əgər o, öz dövlətinin problemləri ilə məşğul olsaydı, digər ölkələrlə münasibətləri də xeyli daha yaxşı olardı. Hər prezident öz ölkəsinin məsələlərini həll etməlidir”, — deyə Maduro vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin