Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərildi

Hazırda oxunan: Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərildi

587025

1990-cı illərdən bəri ilk dəfə olaraq Rusiyanın Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından Azərbaycandan keçməklə Ermənistana taxıl vaqonları göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Privoljski Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səkkiz taxıl vaqonundan ibarət birinci partiya Yerevan stansiyasına çatdırılacaq.

Bu ilin sonuna qədər bu marşrutla 30 vaqonun - iki min tondan çox taxılın göndərilməsi planlaşdırılır.

Privoljski Dəmir Yolları qeyd edib ki, yeni logistik xidmətin yaradılması Azərbaycan üzərindən Ermənistana yük tranzitinin bərpası sayəsində mümkün olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin