Suriya hökumət qüvvələri ilə kürd silahlı birləşmələri arasında Hələb şəhərində qızğın döyüşlər baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, kürd qrupları Şeyx-Maksud və Aşrafiya rayonlarındakı nəzarət-keçid məntəqələrinə hücum edərək hökumət əməkdaşlarına zərbə vurublar. Hadisə nəticəsində bir nəfər ölüb, iki təhlükəsizlik işçisi və üç mülki müdafiə əməkdaşı yaralanıb.
Suriya Demokratik Qüvvələri (SDQ) bildirir ki, minaatan və ağır silahlardan istifadə edilən atəş zamanı iki kürd döyüşçü, həmçinin beş mülki şəxs xəsarət alıb.
Qeyd edək ki, bu ilin 10 martında Suriya prezidenti Əhməd aş-Şaraa ilə SDQ-nun komandiri Mazlum Abdi arasında kürd birləşmələrinin Suriya ordusu və dövlət strukturlarına mərhələli inteqrasiyasını nəzərdə tutan razılaşma imzalanmışdı.
Ötən gün Türkiyə və Suriya xarici işlər nazirləri bəyan etmişdilər ki, SDQ inteqrasiya prosesini ləngidir və əldə olunmuş razılaşmaların icrasına mane olur. Türkiyə XİN naziri Hakan Fidan bildirib ki, əsas əngəllərdən biri SDQ-nun İsrail ilə mümkün əməkdaşlığı və onun maraqlarına yönəlməsidir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:46 / 23.12.2025
Hələb şəhərində qızğın döyüşlər başladı – VİDEO
Hazırda oxunan: Hələb şəhərində qızğın döyüşlər başladı – VİDEO
Hazırda oxunan: Hələb şəhərində qızğın döyüşlər başladı – VİDEO
586991
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































