Qarabağda fəaliyyət göstərən Türkiyə şirkətləri ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Qarabağda fəaliyyət göstərən Türkiyə şirkətləri ilə bağlı AÇIQLAMA

586958

"Biz azad olunmuş ərazilərimizdə Böyük Qayıdışa dair I Dövlət Proqramından irəli gələn tədbirləri dəstəkləmək üçün özəl investisiyaların cəlb olunmasını fəal şəkildə təşviq edirik. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" potensialının səmərəli istifadəsi məqsədilə mövcud infrastrukturun yenilənməsi və təzəsinin tikilməsi üçün xarici kapitalın cəlbi davam edir".

Bizim.Media xəbər verir ki, bunu baş nazir Əli Əsədov II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Hökumət başçısının sözlərinə görə, Türkiyə şirkətləri azad olunmuş ərazilərdəki layihələrin icrasına fəal şəkildə cəlb ediliblər:

"Ümumilikdə 20-yə yaxın Türkiyə şirkəti azad olunmuş ərazilərdə 50-ə yaxın layihə icra edir və bunların dəyəri təqribən 5 milyard dollardır.

Eyni zamanda, ölkəmizin xüsusi iqtisadi zonalarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradılıb. İnvestorlar üçün cəlbedici şərtlər təklif edən Ələt Azad İqtisadi Zonasını xüsusi qeyd etmək istərdim. Bir sıra Türkiyə şirkətləri artıq sözügedən xüsusi iqtisadi zonalarda fəaliyyət göstərir. Burada investisiya qoyuluşu üzrə əməkdaşlıq üçün yaxşı perspektivlər görürük. Odur ki, Türkiyə şirkətlərini daha fəal olmağa dəvət edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin