Ukrayna ordusu Rusiyada neft terminalı effektiv zərbələr endirib

Hazırda oxunan: Ukrayna ordusu Rusiyada neft terminalı effektiv zərbələr endirib

586888

Ukrayna qoşunları Rusiyanın ərazisində həyata keçirilən bir sıra zərbələr zamanı neft terminalına, boru kəmərinə, park edilmiş iki qırıcı təyyarəyə və iki gəmiyə hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
 

Bildirilib ki, bu hücumlar Rusiyanın hərbi fəaliyyətini pozmaq və cəbhə arxasında qorxu yaratmaq məqsədi daşıyan davamlı kampaniyanın bir hissəsidir. Hücum zamanı hansı silahdan istifadə edildiyi dəqiqləşdirilməyib.


Rusiya Müdafiə Nazirliyi isə yalnız onu bildirib ki, gecə ərzində onların hava hücumundan müdafiə qüvvələri 41 Ukrayna pilotsuz uçuş aparatını vurub, onlardan üçü Krasnodar diyarı üzərində məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin