“Rusiyanın keçmiş Sovet İttifaqının təsir dairələrini bərpa etməyi planlaşdırdığı barədə məlumatlar həqiqətə uyğun deyil”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Bu məsələ ilə bağlı bəzi dağınıq məlumatlar gördük, onlar kəşfiyyatın səhv fərziyyələrinin, araşdırmalarının nəticəsidir. Bu, fərziyyələr doğru deyil", - deyə Peskov vurğulayıb.
Daha əvvəl "Reuters" ABŞ kəşfiyyat mənbələrinə istinadən Rusiya prezidenti Vladimir Putinin Sovet İttifaqını və Sovet İttifaqının Avropadakı təsir dairəsini bərpa etmək planları barədə məlumat vermişdi.
Jurnalistlər Peskovdan Kremlin bu materialı görüb-görmədiyini və mənbələrin iddialarına necə şərh verə biləcəklərini soruşmuşdular.
Bizim.Media
































































































