Şahin Şıxlınski ilə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: Şahin Şıxlınski ilə bağlı QƏRAR VERİLDİ

586805

Yekaterinburq şəhərində, Kirov rayon məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınski və digər azərbaycanlıların həbs müdətini yarım il uzadıb.

Bizim.Media xəbər verir ki, məhkəmənin qərarına görə, Şıxlınski və 2001–2011-ci illərdə qətllər və sui-qəsdlərdə ittiham olunan azərbaycanlılar 31 may 2026‑cı ilə qədər həbsdə qalacaqlar. 

Növbəti məhkəmə iclası 15 yanvar 2026‑cı il tarixində keçiriləcək və orada məhkəmə heyətinin seçimi baş tutacaq.
 

Xatırladaq ki, Şahin Şıxlınski və oğlu Mutvalı 1 iyulda Yekaterinburqda həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı saxlanılmışdılar. Bu əməliyyat, daha sonra digər azərbaycanlıların kütləvi həbsi ilə müşayiət olunmuşdu.


Həmin olaylar zamanı 2 azərbaycanlı da rus “OMON”u tərəfindən vəhşicəsinə öldürülmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin