Almaniyanın keçmiş kansleri Gerard Şröder “Qazprom”a işə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.
Mənbə qeyd edir ki, Şröder Qazaxıstanın “Kazenergy” neft-qaz-energetika kompleksi təşkilatları assosiasiyasının sədri - Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayevin əvəzinə yeni direktorlar şurasına daxil ola bilər.
İyunun 30-da keçiriləcək illik yığıncaqda səhmdarlardan direktorlar şurasının üzvlərini seçmək istəniləcək.
Siyahıda Şröderdən başqa, Andrey Akimov, Viktor Zubkov, Denis Manturov, Vitali Markelov, Viktor Martınov, Vladimir Mau, Aleksey Miller, Aleksandr Novak, Mixail Sereda və Nikolay Şulqinov da var.
Xatırladaq ki, Gerard Şröder 1998-2005-ci illərdə Almaniyanın kansleri olub. İndi o, "Şimal axını 2" qaz kəmərinin tikintisinin operatoru olan İsveçrənin "Nord Stream 2 AG" şirkətinin direktorlar şurasının sədridir, həmçinin "Rosneft"in direktorlar şurasına rəhbərlik edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:38 / 04.02.2022
“Qazprom”da Nazarbayevin kürəkəninin yerinə Almaniyanın keçmiş kansleri gətirildi
Hazırda oxunan: “Qazprom”da Nazarbayevin kürəkəninin yerinə Almaniyanın keçmiş kansleri gətirildi
Hazırda oxunan: “Qazprom”da Nazarbayevin kürəkəninin yerinə Almaniyanın keçmiş kansleri gətirildi
0:00
0:00
58677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.