Dünyada hamı Kanadada yasayan 20 yaşlı qıza bəxtəvərlik verir. Brenda Aubin-Vega "Poz qazan" lotereyasında 1 milyon dollar qazanıb.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, şanslı gənc lotereyada udduğu 1 milyon dolları nəğd götürməkdən imtina edib.
O, atası ilə məsləhətləşəndən sonra həftədə 1000 dollar almağa qərar verib.
"Əvvəl gözlərimə inanmadım. Əlimdəki lotereyaya bir də baxdım. Bəli, bəxt üzümə gülmüşdü!", - bəxtəvər Brenda belə deyib.
Şanslı qız 1 milyon dolların onu və ailəsini yoldan çıxaracağından ehtiyatlandığı üçün az məbləğlə kifayətləndiyini deyib: "Biz heç vaxt bu qədər pulu bir yerdə görməmişik. Az olsun, həmişə olsun", - lotereya qalibi olan Brenda Aubin- Vrenga qərarını belə əsaslandırıb.
Mütəxəssislər kanadalı gəncin qərarını "ağıllı seçim" adlandırıblar. Onlar Brendanın lotereyada qazandığı pulun faizi hesabına ömrünün sonuna kimi rahat yaşayacağını bildiriblər.
Qeyd edək ki, Brenda Aubin-Vrenga 39 yaşına çatanda onun almış olduğu məbləğ 1 milyon, 80 yaşına çatanda isə 3,1 milyon dollar təşkil edəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:36 / 22.12.2025
Ölənə kimi hər həftə 1000 dollar alacaq
Hazırda oxunan: Ölənə kimi hər həftə 1000 dollar alacaq
Hazırda oxunan: Ölənə kimi hər həftə 1000 dollar alacaq
586747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































