Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Hazırda oxunan: Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

586731

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ nümayəndələri ilə yeni danışıqlar mərhələsinin başladığını bildirib. Danışıqlar ABŞ-ın Mayami şəhərində keçirilir.

Bizim.Media xəbər verir ki, Umerov bu barədə Telegram kanalında yazıb.
 

O, qeyd edib ki, görüşdə tək olmayacaq. Onunla birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Andrey Qnatov da iştirak edəcək.


“ABŞ-da işimizin üçüncü günü. Bu gün general-leytenant Andrey Qnatovla birlikdə amerikalı tərəflə növbəti görüşümüz olacaq. İşimiz konstruktiv və konkret istiqamətdədir.

Gələcək irəliləyiş və praktik nəticə əldə etməyi gözləyirik”, — deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin