Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

Hazırda oxunan: Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

586705

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz ölkədə artan vergilərə görə obyekt sahibi tərəfindən "qara siyahı"ya salındıqdan sonra sevimli pivəxanaların birinə gedə bilməyəcək.

Bizim.Media bu barədə "The Mail on Sunday" nəşrinə istinadən xəbər verir.
 

Qeyd olunub ki, "Marsh Inn" pivəxanasının sahibi Martin Nouls təkcə R.Rivzin deyil, həm də hakim Leyboristlər Partiyasının bütün deputatlarının girişinə qadağa qoyub.


Bildirilir ki, Rivz məhz bu pivəxanada 2024-cü ilin iyulunda keçirilən ümumi seçkidə leyboristlərin qələbəsini qeyd edib.

Nouls vurğulayıb ki, nazir yalnız vergilər azaldıldıqdan sonra ora qayıda bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin