"Green Card" lotereyasının qaliblərinin sayına görə lider ölkələr - SİYAHI

Hazırda oxunan: "Green Card" lotereyasının qaliblərinin sayına görə lider ölkələr - SİYAHI

586681

Rusiya və Ukrayna vətəndaşları ABŞ-da yaşayış icazəsi əldə etmək üçün keçirilən illik lotereyada ("Green Card") yenidən ən uğurlu iştirakçılar arasında yer alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyi rəsmi statistikaya istinadən məlumat yayıb.

Hər iki ölkə qaliblərin sayına görə dünya üzrə ilk üçlükdə qərarlaşıb. 2026-cı maliyyə ili üzrə (ABŞ-da 1 oktyabr 2025 - 30 sentyabr 2026-cı il - red.) məlumatlara əsasən, 5 510 Rusiya, 5 283 Ukrayna vətəndaşı immiqrasiya vizası üçün müraciət etmək hüququ qazanıb.

Qaliblərin sayına görə mütləq lider Misir olub - 5 527 nəfər. Rusiya dünya reytinqində ikinci, Ukrayna isə üçüncü yeri tutub.

Regional bölgüyə görə Afrika qitəsi üstünlük təşkil edir: qlobal lotereyada qalib gələn müraciətlərin demək olar ki, yarısı Afrika ölkələrinin payına düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin