Rubinyandan ŞOK İTTİHAM - KQB agenti iddiası böyüyür

Hazırda oxunan: Rubinyandan ŞOK İTTİHAM - KQB agenti iddiası böyüyür

586680

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Ktriç Nersisyanın ( II Qaregin) qardaşı, arxiyepiskop Yezrasın “Karo” kod adı ilə KQB agenti olması ilə bağlı dərc edilən materiallara münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Rubinyanın sözlərinə görə, sözügedən dəlillərin yayılmasından iki gün keçməsinə baxmayaraq, nə kilsə, nə Ktriç Nersisyan, nə də iddialarda adı çəkilən şəxs məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, bu susqunluq cəmiyyətdə ciddi suallar doğurur.

Parlament sədrinin müavini bildirib ki, müxalifət nümayəndələrinin əksəriyyəti arxiyepiskop Yezrasın KQB agenti olması iddialarını müdafiə edib. Rubinyan bunu “həmkarların bir-birini qoruması” ilə izah edib:

“Gözlənildiyi kimi, müxalifət nümayəndələrinin böyük əksəriyyəti onun KQB agenti olmaq “hüququnu” müdafiə etməyə qalxıb. Səbəb isə aydındır: həmkarlar adətən bir-birini qoruyur”.

O, həmçinin bir sıra media qurumlarının da eyni mövqedən çıxış etdiyini vurğulayıb:

“Azatutyun” da daxil olmaqla, təbliğat xarakterli media orqanları da bu müdafiəyə qoşulub. Bu da təəccüblü deyil, yalançılar çox vaxt yalançıları müdafiə edirlər”.

Rubinyan hesab edir ki, mövcud vəziyyət görməzdən gəlinməməlidir və Ktriç Nersisyanın Ana Taxtdakı mövqeyi sual altındadır. Onun fikrincə, heç bir rəsmi və ya qeyri-rəsmi dəstək bu prosesi dayandıra bilməz.

Siyasətçi əlavə edib ki, Ktriç Nersisyanın və ailəsinin kilsəni qanunsuzluq və pozğunluq mərkəzinə çevirdiyini qəbul etməyən din xadimləri on keşiş tərəfindən irəli sürülmüş yenilənmə təşəbbüsünə qoşulmalıdırlar. Əks halda, bunun KQB xəttinə dəstək kimi qiymətləndiriləcəyini bildirib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin