İran vətəndaşları Qərbi Zəngəzurda ŞOK yaşadılar

Hazırda oxunan: İran vətəndaşları Qərbi Zəngəzurda ŞOK yaşadılar

586671

Qərbi Zəngəzurda (Sünik) 18 dekabrda baş verən hadisə barədə yalnız bu gün məlumat yayılıb.

Bizim.Media bu barədə erməni mediasına istinadən xəbər verir.

Məlumata əsasən, təxminən saat 02:15 radələrində iki nəfər döş qəfəsinin sınığı və sıyrıqları ilə Meğri Tibb Mərkəzinə gətirilib.

“Aryan Tunel” QSC-nin işçiləri olan bu şəxslərin yıxılaraq xəsarət aldıqları məlum olub. Yaralananlar İran vətəndaşlarıdır: 23 yaşlı Sərmast Yadolan və 26 yaşlı Kərəmi Məsud.

Meğri icmasının polisi onu da müəyyən edib ki, onlar qeyd olunan xəsarətləri Şimal-Cənub magistralının bir hissəsi kimi “Səad Ariana Tuneli” QSC-nin Ermənistan bölməsi tərəfindən Meğridə inşa etdiyi tunelin möhkəmləndirilməsi işləri zamanı alıblar. İşçilər təxminən 2,5 m hündürlükdən yıxılaraq ağır xəsarət alıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin