Rusiyada azərbaycanlı sürücü öz oğlunu təsadüfən avtomobillə vuraraq öldürüb.
Bizim.Media xəbər verir ki, hadisə Dağıstanda qeydə alınıb.
Beynəlxalq yükdaşımalar həyata keçirən Sabirabad rayonunun Çağırğan kənd sakini Şamil Şirinov idarə etdiyi TIR tipli yük avtomobilini arxaya verərkən 37 yaşlı oğlu Camil Şamil oğlu Şirinov iki avtomobilin arasında qalaraq faciəvi şəkildə ölüb.
Şamil Şirinov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, ata və oğul hər ikisi beynəlxalq yükdaşıma həyata keçirirlər. Qəza zamanı onlar istirahət etmək üçün dayanıblarmış.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media



































































































