Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Hazırda oxunan: Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

586641

Macarıstan Rusiya ilə münaqişə nəticəsində Ukraynanın parçalanmasında maraqlı deyil və qonşu ölkədə sabitliyin bərqərar olmasını istəyir.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Seqeddə keçirilən görüşdə hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının fəallarının suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, Ukraynanın parçalanması Macarıstan üçün böyük problem olacaq:
 

"Bunun baş verməməsi üçün çox iş görməliyik. Kəndli yaxşı başa düşür ki, onun torpağının dəyərinə qonşusunun sərvəti də təsir edir", - deyə Baş nazir bildirib.


Orban Macarıstanın sabit Ukraynaya ehtiyacı olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin