Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Hazırda oxunan: Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

586640

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-a planlaşdırılan səfəri zamanı Prezident Donald Trumpa İrana yeni mümkün hücum planını təqdim edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “NBC News” telekanalı anonim mənbələrə istinadən məlumat yayıb.

İsrailin əsas narahatlığı İranın ballistik raket istehsalını artırmasıdır. Tehranın ballistik raket istehsalının ildə 3000 ədədə çatacağı proqnozlaşdırılır.

İsrail İranın uran zənginləşdirmə proqramını yenidən bərpa etdiyini də bildirir. İsrail İranın nüvə proqramını qlobal təhlükə olaraq qiymətləndirir, lakin bu proqramın yaxın zamanda tamamilə bərpa olunacağını gözləmir.
 

Qeyd edək ki, bu ilin iyun ayında 12 günlük müharibə zamanı İran İsrailin zərbələri nəticəsində 1000-dən çox insanın öldüyünü açıqlayıb. İran İsrailə 500-dən çox ballistik raket atıb, 1100-dən çox pilotsuz uçan aparat göndərib. Bu hücumla nəticəsində İsraildə 32 nəfər ölüb, 3000-dən çox insan isə yaralanıb.


ABŞ da sonradan İranın yeraltı nüvə obyektlərinə zərbə endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin