Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev Florida ştatının Mayami şəhərindəki danışıqlarının yerli vaxtla 20 və 21 dekabrda davam edəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlaması zamanı məlumat verib.
"Danışıqlar davam edəcək", - o deyib.
Dmitriyev həmçinin ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqları konstruktiv adlandırıb.
Bizim.Media




































































































