O sənədlərdə Maykl Ceksonun da şəkli üzə çıxdı – FOTO

Hazırda oxunan: O sənədlərdə Maykl Ceksonun da şəkli üzə çıxdı – FOTO

586511

ABŞ Ədliyyə Nazirliyi onlarla azyaşlı qızın istismar edildiyi şəbəkə ilə bağlı ittiham olunan milyarder Ceffri Epşteynlə bağlı yeni sənədləri ictimaiyyətə açıqlayıb.

Bizim.Media xəbər verir ki, sənədlərdə pop musiqisinin əfsanəsi Maykl Ceksonun şəkli diqqət çəkib.
 

Bu sənədlərdə Epşteynin məşhur şəxslərlə əlaqəli olduğu düşünülən çoxsaylı şəkillər yer alır. ABŞ-də qüvvəyə minən Epşteyn Faylları Şəffaflığı Qanununa əsasən, Ədliyyə Nazirliyi yüz minlərlə səhifəlik sənədləri tədricən yayımlamağa başlayıb.


Sənədlərə fotoşəkillər, zəng qeydləri, telefon danışıqları və digər materiallar daxildir.

Epşteynin keçmiş prezidentlər, iş adamları və məşhur şəxslərlə birlikdə olduğu bəzi şəkillər ictimaiyyətin diqqətini cəlb edib.

Dərc olunmuş fayllarda bir neçə fotoşəkildə Maykl Cekson Ceffri Epşteynlə birlikdə görünür. Həmçinin, qismən yayımlanan sənədlərdə Pop Kralının ABŞ-nin keçmiş Prezidenti Bill Klintonla birlikdə çəkilmiş şəkli də var.
 

Qeyd edilir ki, bu fotolar peşəkar əlaqələri, cinayətkar münasibətləri və ya digər ittihamları rəsmi sübut kimi göstərmir.


Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı. (Qafqazinfo.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin