Mariya Zaxarova Laçın dəhlizinə alternativ yolun tikintisindən danışdı

Hazırda oxunan: Mariya Zaxarova Laçın dəhlizinə alternativ yolun tikintisindən danışdı

58644

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Laçın dəhlizinə alternativ olacaq yolun tikintisi ilə bağlı fotolar paylaşılıb. Sonradan Azərbaycan və Ermənistan mediası bu mövzunu geniş işıqlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni mətbuatının bununla bağlı sualını cavablandırıb.

Bizim.Media Rusiya XİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, o, bu barədə məlumatı olmadığını deyib.

“Bu məsələni nəzarətdə saxlayacağıq, informasiya olan kimi sizinlə paylaşacağam”, deyə Zaxarova yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin