Rusiya “Oreşnik”ləri Belarusda – Avropa şəhərlərinə neçə dəqiqəyə ÇATACAQ? – SİYAHI

Hazırda oxunan: Rusiya “Oreşnik”ləri Belarusda – Avropa şəhərlərinə neçə dəqiqəyə ÇATACAQ? – SİYAHI

586328

Belarus ərazisindən buraxılan Rusiya istehsalı orta mənzilli “Oreşnik” ballistik raketi Kiyevə təxminən 1 dəqiqə 51 saniyəyə çata bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb. 

Nəşr Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Oreşnik”lərin Belarusda yerləşdirildiyi ilə bağlı açıqlamasına əsasən sözügedən raketlərin Avropa şəhərlərini neçə dəqiqəyə vura biləcəyini araşdırıb.

Ukrayna hərbçilərinin məlumatına əsasən, raket saatda 12 300 km-dən çox (təxminən 3,42 km/s) sürət yığa bilir və altı döyüş başlığı, o cümlədən sub-döyüş elementləri ilə təchiz olunub.

“Oreşnik”in Ukrayna və Aİ şəhərlərinə uçuş vaxtı

Belarus rəsmilərinin bəyanatlarına baxmayaraq, hərbi təlimlərin dəqiq keçirildiyi yerlər açıq mənbələrdə göstərilmir. Bu səbəbdən “Teleqraf” hesablamalar üçün neytral istinad nöqtəsi kimi Belarusun coğrafi mərkəzini – təxminən Minsk və Bobruysk arasındakı ərazini götürüb.

Verilən məsafələr və raketin bəyan edilən sürəti əsasında aparılan hesablamalara görə, Belarusun mərkəzindən buraxılacağı təqdirdə raketin əsas şəhərlərə uçuş vaxtı 1–2,5 dəqiqə aralığında dəyişir:

- Vilnüs – 1 dəqiqə 4 saniyə

- Rovno – 1 dəqiqə 40 saniyə

- Lutsk – 1 dəqiqə 44 saniyə

- Kiyev – 1 dəqiqə 51 saniyə

- Lvov – 2 dəqiqə 24 saniyə

Avropa İttifaqı şəhərlərinə orta uçuş vaxtı isə təxminən 2 dəqiqə təşkil edir:

- Dauqavpils – 1 dəqiqə 22 saniyə

- Lyublin – 2 dəqiqə 11 saniyə

- Varşava – 2 dəqiqə 23 saniyə

- Tartu (Estoniya) – 2 dəqiqə 41 saniyə

Nəşr vurğulayır ki, bu göstəricilər təxmini xarakter daşıyır, çünki hesablamalar düzxətli məsafə və sabit sürət əsasında aparılıb. Real uçuş vaxtı trayektoriyadan, sürətlənmə mərhələsindən və raketə qarşı müdafiə imkanlarından asılı olacaq.

Belarusda yeni silahların yerləşdirilməsi

Daha əvvəl Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko Rusiyanın Belarusda “Oreşnik” raketlərini yerləşdirdiyini bildirmişdi. Onun sözlərinə görə, bu addım ilk növbədə Avropa İttifaqı və NATO-ya təzyiq vasitəsi kimi dəyərləndirilir.

O bildirib ki, raketlərin Belarusda yerləşdirilməsi Rusiyaya Avropa paytaxtlarına qəfil zərbə imkanlarını genişləndirir və uçuş vaxtını “Kapustin Yar” poliqonundan buraxılışla müqayisədə xeyli azaldır.

Bu fonda Aleksandr Lukaşenko müharibənin davam edəcəyi təqdirdə Ukraynanın “xəritədən silinə biləcəyi” ilə hədələyib. O, müharibənin uzanmasının Avropa və dünya üçün ağır nəticələrə səbəb ola biləcəyini qeyd edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin