Estoniya Xarici İşlər Nazirliyi (XİN) üç Rusiya sərhədçisi tərəfindən sərhədin qanunsuz keçilməsi ilə bağlı bu ölkənin diplomatik nümayəndəsinə rəsmi nota təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Estoniya XİN yayıb.
Notada göstərilib ki, Rusiya formasında olan sərhədçilər Estoniya sərhədini keçib və hava yastıqlı qayıqda Vasknarvadakı liman körpüsünə gəliblər.
Qeyd edilib ki, Şərq prefekturası mümkün yeni insidentlərə operativ reaksiya vermək üçün sərhəd patrulunu gücləndirib.
Qeyd edək ki, dekabrın 18-i, sərhəd xidmətləri nümayəndələrinin görüşü planlaşdırılıb. Estoniya tərəfi orada Rusiyadan sərhədin keçilməsi faktına dair izahat gözləyir. (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:50 / 18.12.2025
Estoniya Rusiyaya nota VERDİ
Hazırda oxunan: Estoniya Rusiyaya nota VERDİ
Hazırda oxunan: Estoniya Rusiyaya nota VERDİ
586266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































