Türkiyədən Rusiya və Ukraynaya daha bir xatırlatma: “Əks halda F-16-lar…”

Hazırda oxunan: Türkiyədən Rusiya və Ukraynaya daha bir xatırlatma: “Əks halda F-16-lar…”

586244

Türkiyənin Müdafiə Nazirliyi ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatı ilə bağlı insidentdən sonra Qara dənizdə təhlükəsizlik məsələlərində daha yüksək ehtiyatlılıq göstərilməsinin vacibliyi barədə Rusiya və Ukraynanı xəbərdar edib.

Bizim.Media xəbər verir ki, nazirliyin bəyanatında deyilir:

“Ukrayna ilə Rusiya arasında davam edən müharibə ilə əlaqədar olaraq, Qara dənizdə təhlükəsizliyə mənfi təsir göstərə biləcək insidentlərə münasibətdə həmkarlarımıza daha böyük ehtiyatlılıq nümayiş etdirmələrinin zəruriliyi bildirilib”.

Xatırladaq ki, 15 dekabr tarixində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Qara dəniz üzərində respublikanın hava məkanına yaxın ərazidə bir PUA-nı vurub.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərin XVI konfransında çıxışı zamanı Ankaranın Rusiya və Ukraynanı mülki gəmilərə edilən hücumlarla bağlı xəbərdarlıq etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin