Moskvanın Danilovski rayonundakı DİN şöbəsində dekabrın 16-na keçən gecə pəncərədən Nəriman Omarov yıxılıb. O, prezidentin qardaşı oğlu Roman Putinin silahdaşı kimi tanınır və özünü N-Banking kriptovalyutasının qurucusu adlandırır.
Bizim.Media xəbər verir ki, bu barədə “kompromat1.online” saytı yazıb.
Hadisə üçüncü mərtəbədən baş verib. Fövqəladə olay zamanı Omarov operativ əməkdaşlarla eyni otaqda olub. Hazırda nəyin baş verdiyi dəqiq məlum deyil: intihara cəhd, qaçış cəhdi, pəncərədən atılması, yoxsa biznesmenin polis əməkdaşlarının sərt dindirilməsinə tab gətirə bilməməsi.
Omarovun vəziyyəti ağırdır və hələlik ifadə verə bilmir.
“Dağıstanlı İlon Mask” kimi tanınan Omarov (o, yaxınlarda öz Telegram kanalında kosmik texnologiyalarla təchiz olunmuş superkar istehsalına başladığını elan etmişdi) dələduzluq faktı üzrə yoxlama çərçivəsində DİN şöbəsinə gətirilib. Mənbənin sözlərinə görə, polis əməkdaşları hadisənin qaçış cəhdi olduğunu iddia edirlər.
Lakin hadisənin detalları şübhəli görünür. Bildirilir ki, gecə saat 12 radələrində cinayət axtarışı kabinetlərində böyük sıxlıq olub — xüsusi xidmət orqanları əməliyyat tədbirləri aparıb və şöbəyə təxminən 50 xarici vətəndaş gətirilib. Nəriman Omarov guya izdihamın arasına qarışaraq mətbəxə keçib, orada metal barmaqlığı qoparıb və pəncərədən asılı vəziyyətə düşüb. Nəticədə üçüncü mərtəbədən yıxılaraq sümükləri sınıb və xəstəxanaya yerləşdirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:30 / 18.12.2025
Putinin qardaşı oğlunun dostu özünü polis şöbəsindən yerə atdı
Hazırda oxunan: Putinin qardaşı oğlunun dostu özünü polis şöbəsindən yerə atdı
Hazırda oxunan: Putinin qardaşı oğlunun dostu özünü polis şöbəsindən yerə atdı
586233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































