Paşinyan Rusiyadan iki dəmir yolunun bərpasını xahiş etdi

Hazırda oxunan: Paşinyan Rusiyadan iki dəmir yolunun bərpasını xahiş etdi

586223

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya tərəfinə iki dəmir yolu sahəsinin bərpası ilə bağlı müraciət edib: Arazdöyən (Yerasx) – Naxçıvanla sərhəd və Axuryan – Türkiyə ilə sərhəd.

Bizim.Media xəbər verir ki, baş nazir bu barədə brifinq zamanı danışıb.

Onun sözlərinə görə, yaxın vaxtlarda Rusiyadan İcevan–Qazax xəttinin Ermənistan ərazisindən keçən hissəsinin də bərpasını xahiş etməyi planlaşdırır. Bütün bunlar regionda kommunikasiyaların blokadadan çıxarılması çərçivəsində nəzərdə tutulur.

Paşinyan, həmçinin, Azərbaycan və Türkiyə ilə sərhəddə yerləşən dəmir yolu stansiyalarının vəziyyətinin yoxlanılmasını tapşırıb. O diqqətə çatdırıb ki, İcevanda futbol məktəbinin stadionu şəhər dəmir yolu stansiyasının yaxınlığında tikilib. Azərbaycanla sərhədin açılması və bu istiqamətdə yük dövriyyəsinin artması perspektivlərini nəzərə alsaq, stansiyada yeni yük terminalı üçün yer çatışmazlığı yarana bilər. Buna görə də digər sərhəd stansiyalarında — Arazdöyəndə (Naxçıvanla sərhəddə) və Axuryanda (Türkiyə ilə sərhəddə) ətraf sərbəst məkan normalarına əməl olunub-olunmadığı yoxlanılmalıdır.

Xatırladaq ki, “Rusiya Dəmir Yolları”nın törəmə strukturu olan “Cənubi Qafqaz Dəmir Yolu” QSC (CQDY) Ermənistanın dəmir yollarını konsessiya əsasında idarə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin