Yerə kometa yaxınlaşır. Ulduzlararası kosmik obyekt 3I/ATLAS sayılı saatlar ərzində Yerə yaxınlaşacaq və planetimizdən 270 milyon km məsafədə olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası Telegram kanalında məlumat yayıb.
“3I/ATLAS Yerə minimal məsafədən 19 dekabr tarixində, təxminən səhər saat 8-də (Bakı vaxtı) keçəcək”, – deyə məlumatda bildirilir.
Alimlərin sözlərinə görə, 22 dekabr tarixinə qədər kometa Yerə təxminən eyni məsafədə (təqribən 500 min km) qalacaq. Bundan sonra ulduzlararası obyekt planetimizdən sürətlə uzaqlaşmağa başlayacaq.
Laboratoriyada qeyd edilib ki, 3I/ATLAS səmada müşahidə olunan kometalar arasında parlaqlığına görə üçüncü yerdə olsa da, onu çılpaq gözlə görmək mümkün deyil, çünki göy cisminin ulduz böyüklüyü cəmi təxminən 12m təşkil edir.
Bundan əvvəl Böyük Britaniyanın Daily Star nəşri bəzi alimlərin hipotezlərinə əsaslanaraq yadplanetli kosmik gəmi ola biləcəyi iddia edilən 3I/ATLAS ulduzlararası obyektinin Günəşin təsiri altında rəngini qızılı tona dəyişdiyini yazmışdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:31 / 18.12.2025
Yerə kometa yaxınlaşır – Sayılı saatlar qalıb
Hazırda oxunan: Yerə kometa yaxınlaşır – Sayılı saatlar qalıb
Hazırda oxunan: Yerə kometa yaxınlaşır – Sayılı saatlar qalıb
586222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































