İsrail bu müsəlman ölkəsi ilə hərbi əməkdaşlıq sazişi imzaladı

Hazırda oxunan: İsrail bu müsəlman ölkəsi ilə hərbi əməkdaşlıq sazişi imzaladı

0:00
0:00
58619

İsrailin müdafiə naziri Benni Qantz və Bəhreynin müdafiə naziri Abdullah bin Həsən əl-Nuaimi hərbi sahədə Anlaşma Memorandumu imzalayıblar.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, sənəddə iki ölkə arasında kəşfiyyat, hərbi və sənaye sahələrində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

“Bu gün baş tutan mühüm görüşlər və tarixi Anlaşma Memorandumunun imzalanması sayəsində İsrail-Bəhreyn münasibətlərində yeni zirvələrə çatdıq.

Biz innovativ İbrahim razılaşmalarına arxalanırıq və ölkələrimiz arasında əlaqələri dərinləşdiririk”, - deyə mətbuat xidməti israilli nazirin sözlərindən sitat gətirib.
Qantz imzalanan sazişin hər iki ölkənin təhlükəsizliyinə və regionda sabitliyə töhfə verəcəyinə ümid etdiyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin