“Air India” aviaşirkəti 10 ildən artıqdır itmiş hesab olunan təyyarələrindən birini Kəlküttə hava limanında aşkar edib.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail qəzeti yazıb.
Bildirilir ki, söhbət təxminən 13 il ərzində hərəkətsiz qalan Boeing 737-200 təyyarəsindən gedir.
Təyyarə 2012-ci ildə itib və uzun müddət bürokratik anlaşılmazlıqlar səbəbindən itkin hesab olunub. Qeyd olunur ki, ilkin olaraq layner Indian Airlines aviaşirkətinin balansında olub. Bu şirkət 2007-ci ildə Air India ilə birləşib. Daha sonra təyyarə yük daşımaları üçün yenidən təchiz edilib və “India Post” poçt xidmətinə icarəyə verilib.
Qəzet qeyd edir ki, təyyarə 10 il ərzində Kəlküttə hava limanında qalıb və yalnız hava limanı administrasiyası daşıyıcıya “mane olan hava gəmisinin” ərazidən çıxarılması ilə bağlı müraciət etdikdən sonra aşkarlanıb. Uzunmüddətli dayanma nəticəsində təyyarəyə 85 min funt sterlinq məbləğində “parkovka” cəriməsi hesablanıb.
Bizim.Media
































































































