ABŞ hakimiyyəti 1,45 milyondan çox amerikalı hərbçiyə 1776 dollar ödəyəcək

Hazırda oxunan: ABŞ hakimiyyəti 1,45 milyondan çox amerikalı hərbçiyə 1776 dollar ödəyəcək

586156

ABŞ hakimiyyəti dekabrın 25-dək 1,45 milyondan çox amerikalı hərbçiyə birdəfəlik olaraq 1776 dollar ödəməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp dekabrın 17-də vətəndaşlara müraciətində bildirib.

“Bu axşam həmçinin məmnuniyyətlə bildirirəm ki, 1,45 milyondan çox hərbçi Milad bayramı ərəfəsində xüsusi, necə deyərlər, döyüşçü dividendləri alacaq”, — deyə o, qeyd edib.

“Ölkəmizin 1776-cı ildə əsasının qoyulmasının şərəfinə hər bir hərbçiyə 1776 dollar göndərəcəyik”, — Tramp əlavə edib. Onun sözlərinə görə, bank çekləri artıq göndərilib.

Tramp izah edib ki, ABŞ digər ölkələrin məhsullarına tətbiq edilən gömrük rüsumları nəticəsində əhəmiyyətli əlavə gəlirlər əldə edib. Prezident çıxışında hazırkı Vaşinqton administrasiyasının iqtisadi sahədə əldə etdiyi uğurlara xüsusi diqqət çəkib.

Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumlarının tətbiq edildiyini elan etmişdi. Daha sonra isə bir sıra ölkələrə münasibətdə tarif dərəcələrini dəyişmişdi. (Mənbə: TASS)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin