İsrail XİN Norveçdəki səfirliyin bağlanması imkanını nəzərdən keçirir

Hazırda oxunan: İsrail XİN Norveçdəki səfirliyin bağlanması imkanını nəzərdən keçirir

586125

İsrailin xarici işlər naziri Saar 2024-cü ilin may ayından bəri səfirsiz fəaliyyət göstərən İsrailin Norveçdəki səfirliyinin bağlanması imkanını nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
 

Keçmiş səfir Avi Nir Norveçin Fələstin dövlətini rəsmi tanımasından sonra məsləhətləşmələr üçün İsrailə geri çağırılıb və o vaxtdan səfirliyə onun müavini rəhbərlik edir.


Hazırda XİN-də bu məsələ ilə bağlı nazirin rəhbərliyi altında strukturlaşdırılmış müzakirə prosesi aparılır.

Qeyd olunur ki, İsrail hökuməti əvvəl Norveçdə keçirilən seçkilərin nəticələrini gözləyirdilər və hökumət dəyişikliyinin ikitərəfli münasibətlərin normallaşmasına imkan verəcəyinə ümid edirdilər. Lakin Fələstin dövlətini tanımış hökumət hələ də hakimiyyətdə qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin