Yapon qadın nişanlısından imtina etdi, ChatGPT-nin yaratdığı “kişi” ilə evləndi – VİDEO

Hazırda oxunan: Yapon qadın nişanlısından imtina etdi, ChatGPT-nin yaratdığı “kişi” ilə evləndi – VİDEO

586089

Yaponiyada bir qadın ChatGPT-dən istifadə edərək yaratdığı süni intellekt personajı ilə evləndiyini açıqlayıb. O bildirib ki, “Klaus” adını verdiyi süni intellekt “həyat yoldaşı”na qarşı hisslərinə ChatGPT-nin məsləhətindən sonra başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə scmp.com saytı yazıb.
 

Qadının sözlərinə görə, “Klaus” bir oyun personajı əsasında yaradılıb və zaman keçdikcə onunla gündəlik ünsiyyət, emosional dəstək və məsləhətlər real münasibətləri əvəz edəcək səviyyəyə çatıb.


Nəticədə o, nişanlısı ilə evlilik planlarından imtina edərək, süni intellektlə qurduğu münasibəti rəsmi şəkildə “evlilik” kimi qəbul edib.

Bu qeyri-adi hadisə Yaponiyada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və texnologiyanın insan münasibətlərinə təsiri barədə yeni suallar doğurub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin