Avstraliyanın Sidney şəhərində “Bondi Beach”də baş verən silahlı hücum zamanı silahlılardan birini zərərsizləşdirən Suriya əsilli Avstraliya vətəndaşı Əhməd əl-Əhməd üçün ianə kampaniyasında təxminən 1,5 milyon ABŞ dolları toplanıb. Kampaniyaya 40 mindən çox insan dəstək verib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə scmp.com saytı yazıb.
Yəhudi icmasının Hanuka mərasimi zamanı baş verən hücumda 15 nəfər həlak olub.
Hadisə zamanı əl-Əhməd silahlını yıxaraq silahını əlindən alıb, özü isə bir neçə güllə yarası alıb və xəstəxanada müalicə olunur.
Avstraliyanın baş naziri Entoni Albanizi onu “ölkənin qəhrəmanı” adlandırıb. Əhməd əl-Əhmədin cəsarəti ölkə daxilində və beynəlxalq səviyyədə geniş rəğbət qazanıb.


Bizim.Media



































































































